İki Avropa ölkəsi arasında ŞOK GƏRGİNLİK:

Fransanın Daxili İşlər Nazirliyi İtaliyanı sərt tənqid edib.

Metbuat.az xəbər verir ki, buna səbəb göyərtəsində 230 qaçqının olduğu gəminin mütəmadi tələblərinə baxmayaraq İtaliya tərəfindən qəbul edilməməsidir. Fransanın Daxişi İşlər Nazirliyi İtaliyanın bu davranışının “ağır nəticələri” olacağını qeyd edərək, tənqid edib.

Məlumata görə, “Ocean Viking” gəmisi Aralıq dənizində 230 qaçqını xilas edərək, İtaliyaya daxil olmaq üçün icazə istəyib. Qaçqınların vəziyyətinin pis olmasında baxmayaraq gəmi heyətinin tələbinə cavab verilməyib. Gəmi 3 həftə gözləyib. Ardınca Fransa gəminin ölkəyə daxil olmasına icazə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR