Putinin masajçısından ŞOK:

Rusiya Prezidenti Vladimir Putinin özəl masajçısı Konstantin Qoloşçapovun ölkədən qaçdığı üzə çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilir ki, Putinə yaxın olan Konstantin Qoloşçapov bir sıra sirrləri bilir. Məlumata görə, onun ölkədən qaçmasına oğlu kömək edib. Bildirilir ki, Konstantin Qoloşçapov ölkədən qaçandan 4 gün sonra onun oğlu şübhəli şəkildə ölüb. Məlumata görə, 67 yaşlı Konstantin Qoloşçapovun ölkədən qaçmasından sonra Rusiyada ona məxsus şirkətlərdə axtarışlar aparılıb.

İddia edilir ki, Putinin sirrlərini bilən çox az sayda insandan biri olan Konstantin Qoloşçapov qorxduğu üçün qaçıb. İddia edilir ki, Putinin sirrlərini bilən şəxslərin şübhəli ölümü onu qorxudub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR