Gəncədəki izdihamın səbəbi bəlli oldu-

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin qarşısında izdiham yaşanıb.

Metbuat.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Nazirlikdən məsələyə münasibət olaraq bildirilib ki, həmin izdiham vətəndaşların nazirin qəbuluna yazılmaq istəyi zamanı baş verib:

"Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür. Həmçinin, Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qaydada yönləndirilir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Gəncədə Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR