Sabiq Ombudsman Elmira Süleymanova ilə vida mərasimi keçirilir.
Metbuat.az xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.