ABŞ-nin Viskonsin ştatındakı Sanford gölündə aparılan 11 illik araşdırma su ekosisteminin qorunması ilə bağlı maraqlı nəticə ortaya çıxarıb.
Metbuat.az xəbər verir ki, gölün dibinə 140 ağac gövdəsinin yerləşdirilməsi balıqlar üçün əlverişli yaşayış mühiti yaradıb və gölün balıq saxlamaq potensialını iki dəfə artırıb. Viskonsin Təbii Sərvətlər Departamentinin həyata keçirdiyi layihədə suya batırılan ağaclar zamanla balıqlar üçün təbii sığınacağa çevrilib. Gövdələrin üzərində yosunlar inkişaf edib, budaqlar arasında isə kiçik onurğasız canlılar məskunlaşıb.
Bildirilir ki, bu mühit kiçik balıqların yırtıcılardan qorunmasına və qida zəncirinin formalaşmasına kömək edib.