Artıq 4 gündür ki, Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
Metbuat.az xəbər verir ki, aksiyanın 3-cü günündə maraqlı anlar yaşanıb. Belə ki, aksiyaçılar böyük monitorda İctimai tv-ni izləyiblər.
Həmçinin dünən axşam Dünya Çempionatının Fransa-Mərakeş oyunu canlı yayımlanıb. Aksiyaçılardan əlavə sülhməramlılar da canlı yayımlanan futbolu izləyib.
Qeyd edək ki, etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.vAksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər. Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında bəyan edirlər.