"ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərib

"ASAN xidmət” fəaliyyəti dövründə 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərib.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” beynəlxalq forumun iştirakçılarına müraciətinə qeyd edib.

"2022-ci ilin dekabr ayında ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ilini qeyd edəcəyik. Bu gün “ASAN xidmət” mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir. Fəaliyyəti dövründə “ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin etmişdir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil etmişdir", - müraciətdə vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR