“Vüqar Həşimov Memorialı-2022” bu gün başlayır

Bu gün Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirə start veriləcək.

Metbuat.az xəbər verir ki, 10 şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə “Fairmont Baku” hotelində baş tutacaq.

Builki yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Rumıniya təmsilçisi Riçard Rapport, hindistanlı Qukeş Dommaracu, özbəkistanlı Nodirbek Abdusattorov, ABŞ idmançısı Semuel Şenklend, ispaniyalı Valeho Pons və çinli Van Hao mübarizə aparacaq.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olub.

Həmçinin yarışda dünya şahmat tarixində ilk dəfə innovativ yeniliklərdən istifadə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR