"Rus sülhməramlılar Qarabağda ermənilərin reinteqrasiyasına mane olur" -

"Azərbaycanın təhlükəsizlik rəsmiləri ilə Qarabağdakı ermənilər arasında təmaslarını Kreml Ruben Vardanyanı göndərməklə qarşısını alıb. Faktiki isə, R. Vardanyana qədər Xankəndində bəzi ermənilərlə təmaslar başlamışdır. Azərbaycanın məqsədi yerli ermənilərin reinteqrasiyasına nail olaraq prosesi müsbət istiqamətdə aparmaq idi".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik hesab edir ki, Moskva R. Vardanyanı göndərməklə, prosesi pozub.


"Təbii ki, Kreml R.Vardanyanı Qarabağa öz nümayəndəsi olaraq göndərib və əsas məqsədi buranı Rusiyanın nəzarətində olan statuslu bir sistem yaratmaqdır. Demək olar ki, bizim artıq Qarabağda mübarizəmiz Rusiya ilə başlayıb. Təsadüfi deyil ki, Rusiyanın bəzi ekspertləri Azərbaycana raket atmaq və hərbi cəhətdən cəzalandırmaqla hədələməsi, məhz Qarabağda onların bu məkrli siyasətinin qarşısını aldığımızdan irəli gəlir. Biz Rusiya sülhməramlı qüvvələrini məcbur qalıb Qarabağa dəvət etməklə, onların ölkəmiz üçün problemlər yaradacağını hesablamışdıq. Amma, iki dəfə Rusiya ordusunun ölkəmizdən çıxarmaq kimi təcrübəmizdə var. İndi isə, daha asan məğlub olan və "Güclü Rusiya ordusu" mifi dağıldığı bir dönəmdə onların öhdəsindən gəlməyimiz mümkündür".

M.Əsədullazadə onu da qeyd etdi ki, Rusiya sülhməramlı qüvvələri Qarabağda qaldıqca ermənilərin reinteqrasiyasına nail olmağımız çətin məsələdir.

"Birinci, Rusiya sülhməramlı qüvvələrini beş ildən artıq qalmasına icazə verilməməlidir. İkinci, Azərbaycan dəhliz yolunda nəzarət buraxılış məntəqəsi qoymalıdır. Bu dəhliz təyinatına uyğun fəaliyyət göstərmir və burdan hərbi məqsədlər üçün istifadə edilir. Əgər, buraxılış nəzarət sisteminin təşkil etsək, bütövlükdə avtomatik olaraq silahlı terrorçu erməni qrupların fəaliyyətinə son qoyacağıq. Üçüncü, Xankəndi-Şuşa yolunda ekofəalların etiraz aksiyalarını davam etdirməklə orda ekoloji post təsis edilməlidir. Rusiyanın Qarabağda mövqeyini möhkəmləndirilməsi baş tutmayacaq. Azərbaycan da bu məsələdə geri addım atmayacaq. R.Vardanyan Kremlin nümayəndəsidir və onunla danışıqlara getmək Rusiyanın Qarabağda status tələbini rəsmiləşdirmək olar".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR