Bakıda yeniyetmə atasının maşını qaçırdıb qəza törətdi -

Bakının Qaradağ rayonunda minik maşını aşıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, qəza Qobu Park ərazisində qeydə alınıb.

Belə ki, 17 yaşlı Əkbər Xəlilov idarə etdiyi “KİA” markalı maşında sükana nəzarəti itirib nəticədə nəqliyyat vasitəsi dərədən aşıb.

Avtomobilin aşması nəticəsində sürücünün qonşuluğunda yaşayan şəxs 16 yaşlı Məzahir Bayramovda sərnişin qismində nəqliyyat vasitəsində olub. Hər iki şəxs xəsarət alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar hazırda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR