Milli Məclis İlham Əliyevi təbrik edib

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, bu təklifi Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən verib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ailəsində anadan olub.

Deputatlar isə sədrin təklifini alqışlarla qarşılayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR