Daha iki ölkə müharibə astanasında:

Ruanda ordusu ölkənin hava məkanını pozan Konqo Demokratik Respublikasının döyüş təyyarəsini vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Ruanda mediası məlumat yayıb. Bildirilir ki, təyyarə 3 dəfə sərhədi pozub. Ruanda ordusunun təyyarəni vurmasından sonra pilot Konqo Demokratik Respublikasının Qoma şəhərinə məcburi eniş edib. Təyyarəyə ciddi zərər dəyib.

Qeyd edək ki, Ruanda və Konqo Demokratik Respublikası bir-birilərini daxili işlərinə müdaxilə etməkdə ittiham edir. Buna görə də, iki ölkə arasında gərginlik var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR