Ukrayna raketlərlə Rusiyaya hücum etməyəcək -

“Ukraynaya uzaqmənzilli raketlər verilərsə, Kiyev bu silahlarla Rusiya ərazisinə hücum etməyəcək”.

Metbuat.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Aleksey Reznikov belə deyib. O bildirib ki, Ukraynanın uzaqmənzilli raketlərə ehtiyacı var.

Rusiya ordusuna qarşı əks hücum təşkil etmək üçün daha çox silaha ehtiyac olduğuna diqqət çəkən Reznikov deyib:

“Ümid edirik ki, bu il əks-hücuma başlamaq və bu müharibəni Ukrayna və bütün azad dünyanın qələbəsi ilə başa çatdırmaq üçün fürsət olacaq. Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücum etməyəcəyinə zəmanət verməyə hazırıq. Əgər 300 kilometr məsafədən zərbə endirmək imkanı əldə etsək, Rusiya ordusu müdafiəni təşkil edə bilməyəcək və geri çəkilməli olacaq. Ukrayna raketlərdən Rusiya ərazisinə hücumlarda istifadə olunmayacağına hər cür zəmanət verməyə hazırdır. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə kifayət qədər hədəflər var. Biz hədəf seçimini tərəfdaşlarımızla əlaqələndirməyə hazırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR