Fatih Terim Avropa nəhənginin baş məşqçisi olur -

İtaliyanın “Milan” klubunun uğursuz çıxışlarından sonra rəhbərlik yeni məşqçi gətirmək istəyir.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azarkeşlər kluba türk mütəxəssis Fatih Terimin təyin olunmasını tələb edirlər. Azarkeşlər “İmperator evinə qayıt” çağırışları ediblər. Məlumata görə, “Milan” klubunun rəhbərliyi də Fatih Terimi məşqçi kimi nəzərdən keçirir. Klub rəhbərliyi bu barədə Fatih Terimlə görüşəcək.

Qeyd edək ki, “Milan” son iki turda “Latsio”ya 0-4, “Sasssulo”ya isə 2-5 hesabı ilə məğlub olub. “Milan” İtaliya çempionatında 5-ci yerdədir. Fatih Terim 2001-2002 mövsümündə “Milan”ın baş məşqçisi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR