Koreyalı xilasedicilər girməyə qorxdu: Türk fəhlələr 17 yaşlı qız üçün canlarını ortaya qoydu -

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlər nəticəsində dağıntılar altında qalan 17 yaşlı Gülsüm Yeşimkaya adlı qızın xilas edilməsi ilə bağlı detallar məlum olub.

Metbuat.az xəbər verir ki, Adıyamanda dağıntılar altında qalan 17 yaşlı qız 89 saat sonra xilas edilib. Bildirilir ki, qızın dağıntılar altında qaldığı ərazidə əvvəlcə Cənubi Koreyadan olan xilasedicilər axtarışlar aparıb. Lakin onlar xilasetmə əməliyyatının təhlükəli olduğunu deyərək geri çəkiliblər. Bu zaman isə Türkiyənin mədən işçiləri müdaxilə ediblər. Onların 27 saat apardığı xilasetmə əməliyyatı nəticəsində 17 yaşlı qız xilas edilib.

Mədən işçiləri bildirib ki, onlar bu xilasetmə əməliyyatı zamanı mədəndə qazıntılar zamanı istifadə etdikləri “donuz damı” üsulundan istifadə ediblər. Bu üsul çökmənin baş verməsinin qarşısını almaq üçün ağac parçalarının müxtəlif formada düzülərək tunel qurulmasından ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR