Azərbaycanda bu nazirlik Türkiyəyə 1 milyon lirə ianə etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qardaş Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək olub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qardaş ölkə Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkənlərə dəstək tədbirlərinə qoşulub:

"Nazirliyin kollektivi adından 1 milyon TL vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD)hesabına köçürülüb. Səninləyik, Türkiyə!".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR