Bakıda yanan avtomobilini söndürmək istədi, özü öldü -

Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 47 yaşlı Bəylərov İldırım Kamal oğlu idarəetməsində olan “Mercedes” markalı mikroavtobusla Gəncədən Bakıya sərnişin gətirib.

O, sərnişinləri Biləcəri dairəsində düşürərkən qəfil nəqliyyat vasitəsinin mühərrik hissəsində tüstülənmə baş verib.

Sürücü ətrafdan su tapıb gətirərkən yerə yıxılaraq can verib.

Dərhal hadisə şahidləri təcili tibbi yardım xidmətinə müraciət edib.

Həkimlər onun artıq ürəktutmasından öldüyünü bildiriblər.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Ölən sürücünün meyiti müayinə olunması üçün morqa yerləşdirilib.

İ.Bəylərovun dəqiq hansı səbəbdən öldüyü ekspertlər tərəfindən araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR