Müharibə zamanı Şahinin bacısı, babası və nənəsi dağıntılar altında qalıbmış -

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən zəlzələdə 4 azərbaycanlı tələbə həlak olub.

Metbuat.az xəbər verir ki, tələbələrdən biri - Şahin Verdiyevin anası Esmira xanım deyib ki, Şahin ona yanvarın əvvəllərində Türkiyədə güclü zəlzələ olacağını deyib. O bildirib ki, bununla bağlı əhaliyə məlumat verilib.

Esmira xanımın sözlərinə görə, Şahin tətildə Bakıya gəlməyib. Anası oğluna Bakıya gəlməsini desə də, oğlu yol xərcləri səbəbindən gəlməyib.

Hərbçi olan Esmira xanım qeyd edib ki, onun atası, anası və qızı Vətən müharibəsində Gəncəyə atılan raketlər səbəbindən dağıntılar altında qalıb. FHN-nin xilasediciləri onların dağıntıların altından xilas ediblər.

Qeyd edək ki, fevarlın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Şahin Verdiyevlə yanaşı S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə adlı azərbaycanlı tələbələr dağıntılar altında qalaraq həlak olublar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR