Bu gün Metbuat.az saytının 6 yaşı tamam olur

Bu gün Metbuat.az saytının yaranmasından 6 il ötür.

Metbuat.az ötən 6 il ərzində siyasət, iqtisadiyyat, idman və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq özünə geniş oxucu auditoriyası toplayıb. Saytda siyasi proseslərin təhlili, şərhlər, müxtəlif mövzular üzrə araşdırmalar, eyni zamanda vətəndaşların problemləri işıqlandırılır. Metbuat.az-da hazırda hər gün müxtəlif sahələri əhatə edən 100-dən çox xəbər, müsahibə, reportaj, köşələr dərc olunur. Biz həmçinin oxuculara daha yaxın olmaq üçün "Facebook", "Teleqram", "Instagram" və "Metbuat.tv" kimi sosial media platformalarında da təmsil olunuruq.

Sayt ölkənin peşəkar KİV qurumlarının cəmləşdiyi Mətbuat Şurasına üzv qəbul edilib. Həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqələrində iştirak edib və qalib gələn media orqanlarından biridir.

Geridə qoyduğumuz 6 il ərzində ilk gündən qarşıya qoyduğumuz məqsədimiz dəyişməyib. Bizim əsas məqsədimiz operativ xəbər saytı olaraq daim oxucu auditoriyamızı ölkəmizdə və dünyada baş verən ən dəqiq xəbərlərlə təmin etməkdir. Oxucularımız üçün daim qərəzsiz, operativ, güvənilən xəbər məkanı olmağa davam edirik.

Onlayn medianın hər gün inkişaf etdiyini nəzərə alaraq bundan sonrakı dövrdə də daim işimizin başında olaraq oxucularımıza ən dəqiq informasiya çatdırmağa çalışacağıq.

Əziz oxucular, Metbuat.az-a etimad göstərərək bizi oxuduğunuz üçün təşəkkür edirik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR