Boris Consonun yeni iş yeri bilindi

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson NATO-nun Baş katibi ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Consunun özü məlumat verib. O NATO-nun Baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb. “Mən özümü namizəd hesab edirəm. Bu, çox yaxşı və vacib bir mövqedir” deyən Conson NATO-nun indi daha güclü olduğunu ifadə edib. Qeyd edək ki, NATO-nun hazırkı başçısı Yens Stoltenberq bu ilin sentyabrında vəzifəsini tərk edəcək. Norveçli diplomat bu vəzifəyə 2014-cü ildə təyin olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR