Rusiya nə qalib gələcək, nə də məğlub olacaq -

“Rusiya-Ukrayna müharibəsinin qalibi olmayacaq”.

Metbuat.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban belə deyib. Macarıstanın dövlət radiosuna açıqlamasında o qeyd edib ki, Rusiya müharibədə qalib gələ bilməyəcək. Buna səbəb Qərbin Ukraynanı silah və pulla təmin etməsidir. Onun sözlərinə görə, Rusiyanın belə açıq müharibədə qalib gəlməsi mümkün deyil. Hökumət rəhbəri Rusiyanın müharibədə məğlub olacağı barədə fikirlər ilə də razı deyil.

Onun fikrincə nüvə silahlarına sahib olan Rusiyanın məğlub olacağını düşünənlər yanılırlar. Macarıstanın Baş naziri tərəfləri danışıqlara dəvət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR