​ABŞ İranın nüvə silahı əldə etməsinə heç vaxt​ imkan verməyəcək -

“ABŞ İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcək”.

Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays belə açıqlama verib. Beynəlxalq Atom Enerjisi Agentliyinin İran barədə hesabatından danışan sözçü qeyd edib ki, Prezident Co Baydenin İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair qəti öhdəliyi var. İranın nüvə proqramı problemini birdəfəlik şəkildə həll etməyin yolunun diplomatiyadan keçdiyini təkrarlayan Praysın sözlərinə görə, ABŞ məsələyə birdəfəlik həll tapmaq istəyir. “Biz inanırıq ki, buna nail olmağın ən effektiv yolu diplomatiyadır. Amma bizim mövqeyimiz aydındır ki, ABŞ İranın heç vaxt nüvə silahı əldə etməməsi üçün bütün lazımi vasitələrdən istifadə edəcək” - Prays deyib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uranı 83,7% zənginləşdirdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR