Dünya inanılmaz hadisənin astanasındadır -

Misirin paytaxtı Qahirənin qərbində yerləşən Xeops piramidasının içində yeni gizli keçid aşkar edilib.

Metbuat.az xəbər verir ki, Misirin Turizm və Qədim Əsərlər naziri Əhməd İsa belə açıqlama verib. O bildirib ki, gizli keçidin kralın dəfn olunduğu otağa gedən keçid olduğu güman edilir. Nazir İsa bildirib ki, Piramidaların Kəşf edilməsi Layihəsi çərçivəsində aparılan qazıntılar zamanı aşkar edilən gizli keçidin uzunluğu 9 metrdən, eni isə 2,1 metrdən çoxdur.

“Masrawy” saytının xəbərinə görə, layihədə iştirak edən misirli arxeoloq Zahi Həvvas bildirib ki, onlar Xeops piramidasının içərisində ən mühüm kəşfə imza atmağa hazırlaşır. "Kral Xufunun dəfn otağı tapılmayıb və inanıram ki, bu keçid Kral Xufunun dəfn otağını gedən keçiddir. Biz daha çox sirləri üzə çıxarmaq üçün axtarışı tamamlamalıyıq. Bu, dünyada rezonans yaradacaq" - arxeoloq deyib.

Qahirə Universitetinin rektoru Məhəmməd əl-Həştin açıqlamasına görə, bu gizli keçid 7 illik fasiləsiz axtarışlar nəticəsində aşkarlanıb.

Misirdə 4-cü Fironlar sülaləsi dövründə yaşamış Kral Xufu kimi də tanınan Xeops piramidasının eramızdan əvvəl 2566-2589-cu illər arasında tikildiyi güman edilir.Dünyanın Yeddi Möcüzəsindən biri olan Xeops piramidasının hündürlüyü 140 metrdir və Giza piramidalarının ən böyüyüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR