Cinayətkarı "Tarqovı"dakı evində gizlətdiyi deyilən şəxs

Xəbər verdiyimiz kimi, martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri - Ruhlan İsmayılovun Səbail rayonu H.Z. Tağıyev küçəsindəki binalardan birində gizlənməsi müəyyən edilib. O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib. Cinayətkar görülən tədbirlərlə zərərsizləşdirilib.

Dünən sosial mediada yayılan məlumata görə, hadisəni törədən şəxsin "Sahra" ləqəbli cinsi azlıq nümayəndəsi, transgender qadının evində gizlənməsi iddia edilib.

Metbuat.az xəbər verir ki, "Sahra" bildirib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.

"Hadisə mən yaşayan evin yaxınlığında baş verib. Amma mənim o şəxslərlə heç bir tanışlığım, əlaqəm olmayıb".

O həmçinin qeyd edib ki, məlumatı dəqiqləşdirmədən paylaşan şəxsləri məhkəməyə verəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR