Azərbaycanda seysmoloji aktivliyin olduğu bölgələrin adı açıqlanıb.

Metbuat.az xəbər verir ki, "Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti" mövzusunda görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib.

O bildirib ki, bu ilin əvvəlindən mart ayının 7-nə kimi hazırlanmış xəritədən görünür ki, seysmoloji aktivlik daha çox Neftçala, Lənkəran, Astara zonasının payına düşür.