İcra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü - FOTO

Bu gün Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Qəza nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Cavid Quliyev hadisə yerində dünyasını dəyişib.

C.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR