"Bəzən yaram ağrıyanda Xudayarın təsnifini oxuyurdum".
Metbuat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Real tv-yə müsahibəsində deyib. O qeyd edib ki, düşmən ayaqdadır. Ona görə də cəmiyyətimiz özünü səngərdə hiss etməlidir:
"Qarabağda məsələlərdən tam yekunlaşmadan bizim yaramız hələ sağalmayıb. Biz qolumuz, orqanizmdə olan yaramızı sağaltmışıq. Bir -iki xırda yaramız var, onu sağaltmamış dövlətin üstünə düşmək olmaz. Bunu sağaldana qədər cəmiyyət səngərdə hiss etməldiir. Bu gün mənim də olduğum bir səngərdir. Burada bəzən yaram ağrıyanda Xudayarın təsnifini öz səsiylə dinləyirdim. Onun, şəhidlərimizin çəkdiyi əzabın yanında bizimki kiçik bir şeydir".