​İctimai nəqliyyat bu şəxslərə pulsuz ola bilər?

2002-ci ilə qədər Azərbaycanda təqaüdçülər və əlillər metro, avtobus, həmçinin o vaxt mövcud olan tramvay və trolleybuslarda müvafiq kitabçanı göstərməklə keçiblər və gediş haqqı ödəməyiblər.

Bəs bu cür şəxslərə yenidən güzəştli və limitsiz aylıq gediş abunəliklər təqdim edilə bilər?

Mövzu ilə əlaqədar nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Metbuat.az-a açıqlama verib.

rauf55

Onun sözlərinə görə, ümumi olaraq biznes modelinin dəyişməsi baş verməlidir ki, bu növ güzəştlər tətbiq olunsun:

“Yəni “brutto müqavilə”lərə keçid, hansı ki, hər kilometrə görə subsidiya olunmasını özündə ehtiva edir. Bu, hələki təsdiq olunmayıb, amma olduğu təqdirdə bir çox məsələlər, həmçinin güzəştlər və pulsuz keçidlər də orada öz həllini tapacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı