Kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları

Cari ilin birinci rübündə kənd təsərrüfatı sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artaraq, 191,5 milyon manat təşkil edib.

Metbuat.az Mərkəzi Banka istinadla xəbər verir ki, ən çox artım balıqçılıq (14,7 dəfə) və balıqyetişdirmə (4,5 dəfə) qruplarında olub, artıma töhfə əsasən birillik bitkilərin becərilməsi (48,5 milyon manat), heyvandarlıq (22,5 milyon manat) və kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi (8,9 milyon manat) qruplarından irəli gəlib. Ağac tədarükü (-85,4 faiz), meşə təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi (-20,8 faiz) və bitkilərin çoxaldılması (-20,7 faiz) qruplarında isə azalma qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR