Hava yenidən dəyişir:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-6° isti olacaq.

Azərbaycanda gələn həftə gözlənilən hava şəraiti haqqında məlumat da yayılıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında gələn həftə ərzində hava şəraitinin dəyişkən, fasilələrlə yağıntılı olacağı gözlənilir.

I proses aprelin 10-dan 12-si səhərədək, II proses isə 13-dən 14-ü gündüzədək davam edəcək. Əsasən şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda aprelin 10-da 15-18 m/s, 13-də isə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR