16 yaşlı cüdoçunu qətlə yetirən Ruslanın məhkəməsindən görüntülər -

Aprelin 11-də Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəməsinin hazırlıq iclası ilə bağlı görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, görüntüləri jurnalist Orxan Rasifoğlu yayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə səs-küy yaranıb.

Məhkəmə baxışı aprelin 25-ə təyin olunub.

Turan Rüstəmovun yaxınları Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında aksiya keçiriblər. Onlar məhkəmənin ədalətli keçirilməsini, Turanın qatilinə ömürlük cəza verilməsini tələb ediblər.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR