Sabiq kənd təsərrüfatı nazirləri -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yeni kənd təsərrüaftı naziri təyin edib.

Metbuat.az xəbər verir ki, nazir postuna gələn Məcnun Qadir oğlu Məmmədov 1991-ci ildən sonra bu vəzifəyə təyin olunan 8-ci kənd təsərrüfatı naziridir.

Həmçinin oxuyun: Yeni kənd təsərrüfatı naziri KİMDİR? - DOSYE

Belə ki, 1991-1992-ci illərdə kənd təsərrüfatı və ərzaq məhsulları naziri Müzamil Abdullayev olub. 1993-1994-cü illərdə Müzamil Abdullayev yenidən nazir postunda olub. Qeyd edək ki, sabiq nazir ötən ilin iyun ayında vəfat edib.

Müzamil Abdullayev.png

Onun xələfi 1992-1993-cü illərdə Rəhim Əşrəfov, 1993-cü ilin may ayının 5-dən 12-dək Tofiq Hüseynli ( Qara Tofiq) olub.

Tofiq Hüseynli

Onun xələfi İrşad Əliyev isə ardıcıl 3 dəfə 1994-1998, 1998-1999, 1999-2004-cü illərdə ümumilikdə 10 il nazir olub. İrşad Əliyev eyni zamanda 2012-2014-cü illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.

Irshad Aliyev.jpg

İrşad Əliyevdən sonra İsmət Abbasov 2004-2013-cü illərdə nazir olub. Sabiq nazir bundan sonra 2013-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini olub.

Ismat Abasov.jpg

Heydər Əsədov isə 2013-2018-ci illərdə bu vəzifədə olub. Hazırda sabiq nazir Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur.

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib

2018-2023-cü illərdə hazırda Ali Məhkəmənin sədri olan İnam Kərimov kənd təsərrüfatı naziri postunda olub.

Şaiq Mirzəyev: “İnam Kərimovun peşəkarlığı və qətiyyəti məhkəmə-hüquq  sisteminə ciddi töhfələr verəcək”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR