"Ermənilər şər yuvalarının gələcəyini də yandırdılar" -

"Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması nifrət, kin və milli natamamlıq kompleksinin, acizliyin, qorxaqlığın bariz nümunəsidir və bu hadisə erməni xəstəliyinin müalicəyə tabe olmadığını bir daha sübuta yetirir".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan bayrağını yandırmaqla ermənilər "Ermənistan" adlı şər yuvalarının gələcəyini də yandırdılar.

"Qitə əhəmiyyətli idman yarışında iştirakçı dövlətin bayrağının yandırılması tarixdə misli görünməmiş bir alçaqlıq, şərəfsizlik nümunəsidir. Bu, evinə çağırdığın qonağın malına, canına qəsd etmək qədər miskin bir davranışdır. Bu baxımdan, Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsi qadağan edilməlidir".

Elçin Mirzəbəyli hesab edir ki, bütün dost dövlətlərə, o cumlədən türk və müsəlman ölkələrinə bundan sonra Ermənistanda keçiriləcək tədbirləri baykot etmək üçün müraciət etmək lazımdır.

"Ermənistan sülhə layiq deyil və əmin olmaq lazımdır ki, ermənilər harada yaşamasından asılı olmayaraq, xəyanətlərinə, alçaqlıqlarına davam edəcəklər. "Ermənilərin nə zamansa adam olacaqları" kimi bir perspektivin üzərindən isə birdəfəlik xətt çəkmək lazımdır. Olmayacaqlar! Atacağımız addımları da buna görə müəyyənləşdirməliyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR