Qızdırma ilə xəstəxanaya aparılan azyaşlı öldü

Gəncədə azyaşlı qız xəstəxanada ölüb.

Metbuat.az "Azərtac"a istinadən xəbər verir ki, 2022-ci il təvəllüdlü M.Məmmədova valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Azyaşlıya dərhal ilkin tibbi yardım göstərilib. Aparılan profilaktik tədbirlərə baxmayaq, 5 aylıq körpə xəstəxanada ölüb. İlkin məlumata görə, azyaşlı xəstəxanaya qızdırma diaqnozu ilə gətirilib. Bundan başqa, onun qan xəstəliyindən əziyyət çəkdiyi də bildirilir.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR