Mövlud Çavuşoğlu: "Türkiyənın yüz ili bütün türk dövlətlərinin əsri olacaq"

“Türkiyə Cümhuriyyətinin yüz ili bütün türk dövlətlərinin əsri olacaq”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadakı çıxışı zamanı deyib.

“1991-ci ildə qardaş türk dövlətləri müstəqil oldular və üzlərini bizə çevirdilər. Bəlkə də biz o zaman lazımi dəstəyi verə bilmədik, amma indi daha güclüyük. Biz xaricdən asılılığı azaltdığımız zaman müstəqil ola bilərik. Bu gün müdafiə sənayesi sahəsində uğurlara imza atmasaydıq, qardaş Azərbaycan Qarabağı bu qədər rahatlıqla azad edə bilərdimi? Türkiyə milli müdafiə sənayesi oyunları pozdu. Biz pilotsuz uçuş aparatlarımızla yeni reallıq yaratdıq”, - deyə o qeyd edib.

M.Çavuşoğlu vurğulayıb ki, xüsusilə Ukraynadakı müharibədən sonra Türkiyə bütün dünyanın enerji mərkəzinə çevrilib: “Ümumiyyətlə, Azərbaycanla Türkiyə artıq Asiya ilə Avropa arasında ticarətin mərkəzi olub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR