Ermənistanda qadınlar hərbi xidmətə gedə bilər

Ermənistan Müdafiə Nazirliyi “Müdafiə haqqında” və “Hərbi xidmət və hərbçinin statusu haqqında” qanunlara əlavə və dəyişikliklər təklif edib. Bunun nəticəsində Ermənistan vətəndaşları olan qadınlara məcburi hərbi xidmət hüququ veriləcək, lakin bu, könüllülük əsasında olacaq.

Metbuat.az bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.

Layihəni təqdim edən müdafiə naziri Suren Papikyan bildirib ki, qadınlar üçün 6 aylıq məcburi hərbi xidmət müddəti müəyyən ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR