Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir.
Metbuat.az xəbər verir ki, idxalın azalmasının səbəblərindən biri vergi güzəştlərinin başa çatmasıdır. 2026-cı il yanvarın 1-dən hibrid avtomobillərin idxalına ƏDV tətbiq edilməyə başlanıb. Bu, avtomobillərin maya dəyərinə və satış qiymətinə təsir göstərir. Bundan başqa, əvvəlki dövrdə güzəştlərdən yararlanaraq ölkəyə çoxlu avtomobil gətirilməsi də cari ilin göstəricilərinə təsirsiz ötüşməyib.
Nəticədə, bazarda əvvəlki dövrlə müqayisədə fərqli mənzərə yaranıb. İndi həm idxalçılar, həm də avtomobil almaq istəyənlər yeni şərtlərə uyğunlaşmağa çalışırlar. Çin avtomobil bazarında növbəti dəyişiklik isə 2027-ci ildən ixrac prosedurları ilə bağlı olacaq.