Elmira Axundova hələ də Kiyevə niyə qayıtmayıb

"Ukraynada vəziyyət çox ağırdır. Belə vəziyyətə görə mən Bakıdayam".

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib.

O, Ukraynada ağır döyüşlərin getdiyini bildirib.

"Azərbaycan vətəndaşlarının Ukraynada döyüşməyə getməsi məsələsinə onların valideynləri, yaxınları nəzarət etməlidir. Bizə deyirlər ki, övladımız döyüşə gedib, bizə yardım edin. Orada ağır döyüşlər gedir. Ona görə diqqətli olsunlar".

Qeyd edək ki, Azərbaycanın Kiyevdəki səfiri Elmira Axundova Ukraynada müharibə başlayandan sonra, ötən ilin mart ayında Bakıya gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR