Sumqayıtda avtomobil yanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.

Belə ki, yanan həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının başvermə səbəbi və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.