Azərbaycanda dələduzluq əməlləri ilə bağlı axtarışa verilən şəxslərdən bəziləri saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Polis əməkdaşlarının oktyabrın 9-u keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Müvafiq tədbirlər davam etdirilir.