Dünyanın nüfuzlu nəşri Türkiyədəki seçkilərdə kimin qalib gələcəyini açıqladı

Böyük Britaniyanın “The Economist” jurnalı Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkiləri ilə bağlı təhlil yayımlayıb.

Metbuat.az xəbər verir ki, təhlildə deyilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdə qələbə qazanacaq. Müəllif həmçinin seçkidən sonra Türkiyəni nələrin gözlədiyi ilə bağlı proqnozlara da yer verib.

“ƏRDOĞANIN QƏLƏBƏSİNİ GÖZLƏYİRİK”

Jurnalın kəşfiyyat və təhlil qrupunun 9 səhifəlik hesabatının ilk cümləsində prezident Ərdoğanın qələbə qazanacağı vurğulanıb.

Təhlildə qeyd edilir ki, prezident Ərdoğan seçkilərdə “müxtəlif ideologiyalı müxalifət koalisiyası” ilə yarışacaq. Müəlliflər HDP-nin Millət İttifaqına verdiyi dəstəyi də vurğulayıb. “Bu koalisiyaya baxmayaraq, Ərdoğanın hakimiyyətini davam etdirəcəyini düşünürük” - təhlildə deyilir.

“ƏRDOĞAN İQTİSADİ ADDIMLARI İLƏ SƏS FAİZİNİ ARTIRDI”

“The Economist” Ərdoğanın son vaxtlar “seçki iqtisadiyyatı” taktikasına keçdiyini vurğulayıb. Müəlliflər bildirir ki, Ərdoğan aşağı faizli kreditlər, pensiya artımı ilə həmçinin, ödənilməmiş vergilərin, cərimələrin və dövlətə olan digər borcların restrukturizasiyası ilə səs faizini artırıb. Türkiyənin Rusiya ilə münasibətlərinin dərinləşdiyini deyən “Economist”, Ərdoğanın Rusiya-Ukrayna savaşında vasitəçi rol oynadığını xatırladıb. Təhlildə bildirilib ki, Ərdoğan seçkilərdə qalib gələrsə, İsveçin NATO statusu, Yunanıstanla münasibətlər və Türkiyənin Suriya ilə bağlı siyasətləri dəyişməyəcək. Məqalədə deyilir ki, Qərb ölkələri seçkilərdə müxalifətin qalib gəlməsinin tərəfdarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR