Qarabağ döyüşlərində hər iki ayağını itirən qazi vəfat etdi -

Bu gün I qrup Qarabağ müharibəsi əlili, "Qarabağ qaziləri" ictimai birliyinin üzvü, qazi Əliyev Arif Kamal oğlu dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə Qazilər.az saytı məlumat yayıb. Məlumata görə, Arif Əliyev gecə saatlarında vəfat edib. A.Əliyev bu gün torpağa tapşırılacaq.

O, 1992-ci ildə Ağdam uğrunda gedən ağır döyüşlərdə yaralanıb və hər iki ayağını itirib.

"Vətən Uğrunda" medalı ilə təltif edilib.

Ailəli idi. 4 qız övladı yadigar qalıb.

Qarabağ uğrunda gedən döyüşlərdə hər iki ayağını itirən qazi vəfat etdi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR