May ayın 1-dən Azərbaycanda bu qadağa qüvvəyə minir - VİDEO

May ayının 1-dən ölkə ərazisində həm Xəzərdə, həm də daxili su hövzələrində balıq ovlamaq qadağan olunur.

Qadağa sentyabr ayının 1-dək həm hüquqi, həm də fiziki şəxslərə aiddir.

Qaydanı pozanlar cərimələnəcək, yaxud onlara növbəti il balıq tutmaq üçün lisenziya verilməyəcək.

Qeyd edək ki, “Qırmızı Kitab”a düşən Qaya nərəsi, Xəzər qızılbalığı kimi balıq növlərini ovlamaq ilboyu qadağandır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı