Buraxılış imtahanında bu şagird ən yüksək balı topladı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

Metbuat.az xəbər verir ki, imtahan iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 48049 nəfərdən 329 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı