Müəllimlərə xüsusi kartlar veriləcək - Bu tarixdə

Müəllimlərə müəyyən güzəştlər təqdim edəcək “təhsil kartları” gələn ilin ilk rübündə ölkəyə gətiriləcək.

Metbuat.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.

Qurum rəhbərinin sözlərinə görə, təhsil kartlarının istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq:

“Təhsil kartlarının hazırlanması və ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq”, - Elnur Nəsibov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı