OpenAI ChatGPT-nin vizual nəsil imkanları ətrafında cəmləşən sosial lentə malik yeni sosial media platforması üzərində işləyir.
Metbuat.az xəbər verir ki, yeni sosial media platforması artıq hazırlanır. Bildirilir ki, şirkətin direktoru Sem Altman layihə ilə bağlı kənar mütəxəssislərin fikirlərini nəzərdən keçirir. Yeni sosial media platformasının ChatGPT tətbiqinə inteqrasiya ediləcəyi və ya tamamilə müstəqil proqram kimi təklif ediləcəyi hələlik bəlli deyil. Xəbərdə deyilir ki, yeni sosial medianın istifadəyə verilməsi Altman və X-in sahibi İlon Mask arasındakı rəqabəti daha da gücləndirə bilər.
Qeyd edək ki, bundan əvvəl İlon Mask OpenAI-i 97,4 milyard dollara almaq üçün təklif irəli sürmüş, lakin rədd edilmişdi. Altman bu təklifə “Xeyr, sağ olun, amma istəsəniz X-i 9,74 milyard dollara ala bilərik” deyərək cavab vermişdi.