DİM imtahanla bağlı iddialara cavab verdi

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 13-də keçirilən imtahanda dinləmə mətninə aid sualların 4 yox, 6 olması iddia edilib.

Məsələ ilə bağlı DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Metbuat.az-ın sorğusuna cavab verib.

O bildirib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənni üzrə 4 tapşırıq dinləyib-anlama bacarıqlarının yoxlanılmasına aiddir:

"Bu imtahandan öncə şagirdlərə verilən yaddaş kitabçasında, həmçinin imtahan zamanı sual kitabçalarının üzərində olan qısa təlimatda da göstərilib. Sadəcə mətnlə bağlı təlimat səsləndirilərkən “4” əvəzinə “6” deyilib. Bu yerində həll oluna bilən texniki məsələdir və imtahanın məzmununa heç bir təsir göstərmir”.

X.Xanlarzadə qeyd edib ki, imtahan başlamadan öncə bütün imtahan rəhbərlərinə və nəzarətçilərə bununla bağlı məlumat verilib və əvvəlcədən şagirdlərin də diqqətinə çatdırılıb. Yəni məsələ yerində həll olunub, ona görə də bununla bağlı DİM-ə heç bir müraciət də daxil olmayıb.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı