Şəhid xanımının məzarının görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, mayın 13-də Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanova öz qayını Taleh Qurbanov tərəfindən qətlə yetirilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidi Saleh Qurbanovun həyat yoldaşı olan Ləman Qurbanova artıq dəfn olunub.

Onun məzarının üstünə şəhid həyat yoldaşı ilə birgə fotosu qoyulub.

Qeyd edək ki, Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı