QAT 2015-ci ilin “Qarabağ ili” elan olunmasını təklif edib

13:22 25 Dekabr 2014
60 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 13:16 ]

Bakı. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) Ali Məclisi 2015-ci ilin “Qarabağ ili” elan olunması təklifi ilə çıxış edib.

Təşkilatdan APA-ya verilən məlumata görə, Ali Məclisinin qərarında göstərilir ki, müharibənin başlanmasından 25 ildən çox vaxt keçib və 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində köklü və əsaslı dönüşə nail olunmalıdır: “QAT bu təkliflə hakimiyyətə və cəmiyyətə müraciət edir. Bunun üçün hakimiyyət öz üzərinə düşən vəzifələri, Konstitusiyadan irəli gələn borcunu yerinə yetirməli, hərbi əməliyyatlara başlamalı, Azərbaycanın düşmənləri üzərində qələbəsini, torpaqlarımızın işğaldan azad olunmasını təmin etməlidir. Hər bir ictimai, siyasi təşkilat, hər bir vətəndaş Qarabağın azadlığı üçün üzərinə düşən vəzifəni, imkanı çatan işləri yerinə yetirməlidir. Bu yolda hakimiyyətin və cəmiyyətin qarşısında heç bir beynəlxalq öhdəlik, beynəlxalq tədbir, idman yarışı və ya başqa bir tədbir, heç nə və heç bir amil maneə olmamalıdır. Qarabağ naminə çalışaq, yaşayaq və qələbəyə nail olaq! Yoxsa yaşamağımızın mənası yoxdur! Ya Qarabağ, ya ölüm!”

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR