Səhlənkarlıq, qanunsuzluq, ağır nəticələr - O dəhşətli yanğından 8 il ötdü

Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsindən 8 il ötür.

Metbuat.az xatırladır ki, yanğının başlamasına səbəb ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli sərəncamı ilə baş verən yanğın hadisəsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində İ. Əliyev hadisə yerini ziyarət edib.

Həmin yanğın zamanı qeydə alınan fotolardan bir neçəsini təqdim edirik:

Binqəqədidəki dəhşətli yanğın qəsdən törədilib" - Məhkəmədə ŞOK AÇIQLAMA

Oxu.az - Yanan binaya görə həbs edilən şirkət rəhbəri azadlıqda

Bakıda yanğın zamanı igidlik göstərmiş polis mükafatlandırıldı

Binəqədidə 15 nəfərin faciəvi şəkildə can verdiyi yanğından üç il keçdi - FOTOLAR

Binəqədidə 15 nəfərin faciəvi şəkildə can verdiyi yanğından üç il keçdi - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı